“Harrisin Orbana ünvanladığı təhqirlər qəbuledilməzdir” – Siyarto

ABŞ prezidentliyinə namizəd Kamala Harrisin Macarıstanın baş naziri Viktor Orbanı təhqir etməsi qəbuledilməzdir və macarlara qarşı hörmətsizlikdir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto bildirib.

O, hadisəni qalmaqal kimi qiymətləndirib.

Siyasətçi xatırladıb ki, Orban 14 ildir baş nazir postunu tutur və o, macar xalqının istəyi ilə bu vəzifəyə gəlib. Siyartonun sözlərinə görə, Macarıstan amerikalılara həmişə hörmətlə yanaşıb və onlardan da eyni münasibəti gözləyir.

 Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, bu cür bəyanatlar hörmətsizliyin göstəricisidir, bu, xüsusilə müttəfiqlər arasında münasibətlərdə qəbuledilməzdir.

Xatırladaq ki, Kamala Harris müsahibəsində Donald Trampı tənqid edərək, Rusiya, Macarıstan, Çin və KXDR liderləri haqqında təhqiramiz ifadələr işlədib.

Rusiya səfirliyi buna cavab olaraq bildirib ki, bu cür absurd dil artıq ABŞ liderləri arasında vərdişə çevrilib.

Musavat.com

12.10.2024 13:33
516