Harrisin 5 zəif cəhəti - övladının olmaması və...

 

ABŞ-ın vitse-prezidenti Kamala Harris rəsmən seçki kampaniyasına başlayıb. Əsas rəqibi, Respublikaçılar Partiyasının namizədi Donald Tramp artıq ona “yalançı Kamala” ləqəbi verib.    

Prezident seçkisində kimin qalib gələcəyni bir çox amillərdən, o cümlədən, noyabrın 5-də səsvermə gününə qədər ABŞ iqtisadiyyatının vəziyyətindən asılı olacaq. 

Musavat.com xəbər verir ki, müşahidəçilər Kamala  Harrisin daha 5 zəif cəhətinə  diqqət çəkirlər.  Birincisi, onun peşəkar uğuru yoxdur. O, prokuror işləyib, cinayətkarları məhkum edib və cinsi azlıqları isə müdafiə edib. Bu isə prezident seçkisində səslərin əksəriyyətin almaq üçün kifayət etməyəcək.

trump-harrisi-bombardimana-tuttu-beceriksiz-ve-solcu-bir-deli-17218748618927.jpg (36 KB)

 İkincisi, Harris 4 il Co Baydenin  yanında siyasi təcrübə toplayıb ki, bu təsiredici amildir. Ancaq eyni zamanda, onun öyünməsi üçün heç bir uğuru yoxdur. Belə ki, ona 4 il müddətində ölkə səviyyəsində vacib missiyalar etibar edilmədi,  məsələn, ABŞ adına diplomatik missiya  yerinə yetirmədi. Onun indi nə öz platforması var, nə də öz komandası - bütün bunlar namizədlikdən çəkilən  prezidentin adı ilə bağlıdır.  Üstəlik, Co Baydenin ona qoyub getdiyi “mirası” da seçicini razı sala biləcək səviyyədə deyil.  

Üçüncü problem, Harrisin az səriştəsi və dar dünyagörüşüdür ki, hətta qoca, dağınıq fikirli Baydendən də geridə qalır. Tramp nəyisə bilmədikdə və ya başa düşmədikdə demaqogiyaya keçir. Kamala isə daha pisdir - o, qeyri-təbii şəkildə  kəkələməyə və ya yüksək səslə gülməyə başlayır. Respublikaçılar onu seçki kampaniyası dövründə  nə qədər tez-tez güldürsələr, seçicilərin Harrisin psixi sağlamlığı ilə bağlı şübhələri bir o qədər çox olacaq.

khz.JPG (70 KB)

Harrisin dördüncü zəifliyi ABŞ prezidentliyinə namizəd üçün son dərəcə orijinaldır: onun övladı yoxdur. Amerikada isə bu çox vacib amildir. Çünki ailə albomları və  övladlarının fotoşəkillər seçiciyə mesajın bir hissəsidir. Demokratlar Partiyası bu məsələdə  problem yaşanacağını bilir. Ərinin uşaqları var, lakin onlar hüquqşünas Doug Emhoffun ilk nikahdan olan uşaqlarıdır və  öz anaları var. Harrislə ikinci dəfə evlənəndə onun 50, Harrisin 49, uşaqların isə 15-20 yaşı vardı.

 Və nəhayət, beşincisi: Demokratların siyasi texnololoqları əhalinin müəyyən qruplarını Harrisin qadın olması və dərisinin rənginə aksent vururlar.   Guya bütün qadınlar, geylər, qaralar, asiyalılar, ispanlar və s. yalnız demokratların namizədinə  səs verməlidirlər.  Qaradərili qadınlar, əlbəttə ki, Trampa səs verməyəcəklər, lakin Kamala Harrisin onları seçkiyə gəlib özünə səs verməyə inandırması ehtimalı sırf hipotetikdir. 

“The New York Times” qəzeti üçün aparılan ən son araşdırmaya görə, Harrisin reytinqi Trampın reytinqinə çox yaxındır: 47% və 48%. Amma elə sorğular da var ki, vitse-prezident respublikaçıları iki faiz qabaqlayır...

Musavat.com

28.07.2024 14:00
1343