ABŞ vitse-prezidenti Kamala Harris bildirib ki, eks-prezident Donald Tramp seçkidə qalib gəlsə, Ukraynaya yardım etməyəcək.
Musavat.com CNN-ə istinadən bildirir ki, xanım Harris belə bir ssenarinin ABŞ üçün təhlükəli olacağını bildirib.
21 oktyabrda Miçiqanda keçirilən tədbirdə Harris seçkidəki rəqibi barədə danışarkən Tramp Rusiyaya qarşı mübarizədə Ukraynanı dəstəkləməyəcəyini deyib: "Tramp demişdi ki, Ukrayna və Rusiya məsələsini bir günə həll edəcək. Anlayın ki, o, Ukraynanın təslim olmasını nəzərdə tutub".
Vitse-prezident əlavə edib ki, Tramp Ukraynanı təcavüzkara qarşı mübarizədə təslim olmağa məcbur edərdi. O, bunun ölkənin suverenliyinə zidd olacağını qeyd edib: "Əgər Donald Tramp prezident olsa, Vladimir Putin Kiyevdə oturardı. Bunun Amerika və dünyadakı mövqeyimiz üçün nə demək olduğunu anlayın."
Sentyabr ayında Tramp Ukraynanın qələbəsini dəstəkləmək istədiyini bəyan etməkdən imtina edib. Bundan əlavə, respublikaçı Ukrayna Prezidenti Vladimir Zelenskini "pravakator" adlandıraraq, məhz onun Rusiyaya qarşı müharibəyə yol açdığını vurğulamışdı.
Nəsimi,
Xüsusi olaraq Musavat.com üçün