Harris və Bayden komandaları seçki məğlubiyyətinə görə bir-birini ittiham edir

ABŞ-da keçirilən son seçkilərdə Demokrat Partiyasının uğursuzluğu ilə bağlı vitse-prezident Kamala Harris və prezident Co Bayden komandaları arasında qarşılıqlı ittihamlar davam edir. Məlumata görə, Harris komandası öz kampaniyasını "demək olar ki, qüsursuz" adlandırır və Demokratların məğlubiyyətinin səbəbkarı olaraq Baydeni günahlandırır.

Musavat.com xəbər verir ki, Axios portalının mənbələrinə əsasən, hər iki tərəf seçki nəticələrində yaranan vəziyyətə görə bir-birinə qarşı barmaq uzadır və məsuliyyətdən yayınmağa çalışır.

08.11.2024 16:06
384