Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harris rəqibi respublikaçı Donald Trampa prezident seçkilərində qələbə münasibətilə zəng edərək onu təbrik edib.
Musavat.com xəbər verirki, bu barədə “The Washington Post” qəzeti ABŞ-ın hazırkı vitse-prezidentinin köməkçisinə istinadən məlumat yayıb.
Xəbərdə bildirilir ki, Harris Trampla söhbətində "hakimiyyətin dinc yolla təhvil verilməsinin vacibliyi" məsələsini də müzakirə edib.
Məlumata görə, Kamala Harris yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 01:00) çıxış edərək prezident seçkilərində məğlubiyyətini etiraf edəcəyini elan edəcək.
Musavat.com