Harris Tim Uolzu vitse-prezidentliyə namizəd elan etdi

Qarşıdan gələn noyabr seçkilərində ABŞ prezidentliyinə demokratların namizədi Kamala Harris Minnesota ştatının qubernatoru Tim Uolzu vitse-prezidentliyə namizəd elan edib.

60 yaşlı Uolz keçmiş müəllimdir və bir neçə il Milli Qvardiyada xidmət edib. O 2018-ci ildə Minnesota qubernatoru seçilib.

Qeyd edilir ki, Uolz qadın hüquqları və iqlim dəyişikliyi ilə bağlı məsələlərın həllinə mütərəqqi yanaşması ilə seçilir.//Azadlıq Radiosu

Screenshot_2.png (225 KB)

06.08.2024 23:54
441