Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harris tərəddüdlü yeddi ştatdan dördündə liderlik edir və seçkidə respublikaçı rəqibi Donald Trampı məğlub edə bilər.
Musavat.com xəbər verir ki, məlumatı Times YouGov şirkətinin araşdırmasına istinadən yayıb.
Tərəddüdlü ştatlara Pensilvaniya, Viskonsin, Miçiqan, Şimali Karolina, Arizona, Corciya və Nevada daxildir.
Araşdırmaya görə, Harris Viskonsin və Pensilvaniyada 49 faiz, Miçiqan və Nevada ştatlarında 48 faiz dəstəklə Trampdan öndədir. Keçmiş prezident müvafiq olaraq 45 faiz, 46 faiz, 45 faiz və 47 faiz dəstəyə malikdir.
Eyni zamanda Tramp Şimali Karolinada 49 faiz və Corciyada 48 faiz dəstəklə liderlik edir, respondentlərin 48 faiz və 47 faizi Harrisin tərəfindədir. Namizədlərin Arizonadakı performansı bərabər olaraq qalır və hər biri 48 faiz səs toplayır.
Analitiklər qeyd ediblər ki, prezident seçkilərinin yekun nəticələri sorğunun nəticələri ilə üst-üstə düşərsə, Harris 276 seçici səsini alacaq və qalib gəlmək üçün tələb olunan 538 səsdən 270 səs barajını keçəcək.
Sorğu oktyabrın 25-31-də keçirilib və yeddi ştatdan 6600 qeydiyyatdan keçmiş Amerika seçicisini əhatə edib, səhv nisbətləri regiondan asılı olaraq 3,9-4,6 faiz bəndi arasında dəyişib.
Musavat.com