Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb.
Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir çox şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər. Bu kritik adlar kimlərindir? Bu qərar nədən xəbər verir? Bayram günü ölkədəki əhval-ruhiyyəyə necə təsir edəcək?
Bu və digər xəbərləri bu gün saat 21.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Axşam Xəbər” verilişində izləyə bilərsiz.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TV
Musavat.com