"Hansı əməlinlə cənnətə girəcəksən?"

Meyxanaçı Rüfət Nasosnu "Xəzər axşamı" verilişinin qonağı olub.

Musavat.com xəbər verir ki, o, maraqlı açıqlaması ilə diqqətləri üzərinə çəkib.

Söz ustası bir çoxlarının özlərini və yaxınlarını cənnətdə təsəvvür etmələrinə etirazını bildirib:

"İndi kimi dindirirsən, özünü yaxşı insan bilir. İnsanlar mərhum valideynini paylaşaraq, cənnətdəki doğum günün mübarək deyə, qeyd edirlər. Haradan bilirsən ki, cənnətdədir? Sən özün hansı əməlinlə cənnətə düşəcəksən? Arxaca danışırıq, paxıllıq və pislik edirik. Heç kim etdiklərinin fərqinə varmır".

14.08.2024 13:58
941