Haniyənin qətlinə dair daha bir ŞOK VERSİYA - Yaxın məsafədən...

"İran HƏMAS liderinin yaxın məsafədən öldürüldüyünü bildirib"

Musavat.com xəbər verir ki, bu barədə BBC-də dərc edilən məqalədə qeyd edilib.

Xəbərə görə, SEPAH-dan bildirilib ki, HƏMAS-ın siyasi lideri İsmail Həniyə Tehrandakı qonaq evinin qarşısından atılan “qısa mənzilli mərmi” ilə öldürülüb.

SEPAH İsraili ABŞ-ın dəstəklədiyi əməliyyatı hazırlamaqda və həyata keçirməkdə ittiham edib.

Lakin, İsrail rəsmi olaraq hələ də Həniyənin ölümü ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, SEPAH mediasının xəbəri qərb mediasında israilli əməliyyatçılar tərəfindən qonaq evinə partlayıcı yerləşdirdiyinə dair xəbərlərlə ziddiyyət təşkil edir.

SEPAH mərminin təxminən 7 kq (16 funt) ağırlığında olduğunu və "güclü partlayışa səbəb olduğunu və ötən çərşənbə günü Həniyəni və onun mühafizəçisini öldürdüyünü bildirib.

Xatırladaq ki, HƏMAS lideri İranın paytaxtına prezident Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün səfər etmişdi.

"New York Times" qəzetinin şənbə günü verdiyi məlumata görə isə, Həniyənin ölümündən sonrakı günlərdə onlarla SEPAH zabiti həbs edilib və ya işdən çıxarılıb.

Musavat.com

04.08.2024 08:45
2739