Türkiyə Xarici İşlər Nazirliyi bu gün səhər saatlarında Tehranda evinə hücum nəticəsində öldürülən HƏMAS lideri İsmayıl Haniyənin vəfatı ilə bağlı başsağlığı mesajı yayıb.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
"Biz HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda sui-qəsd nəticəsində öldürülməsini pisləyirik. Haniyə kimi yüz minlərlə şəhid verən Fələstin xalqına öz vətənində, öz dövlətinin damı altında sülh içində yaşaya bilməsi üçün başsağlığı veririk. Netanyahu hökumətinin sülhə nail olmaq niyyətində olmadığı bir daha üzə çıxdı. Bu hücum həm də Qəzzadakı müharibəni regional səviyyəyə yaymaq məqsədi daşıyır. Əgər beynəlxalq ictimaiyyət İsraili dayandırmaq üçün addım atmasa, regionumuz daha böyük münaqişələrlə üzləşəcək. Türkiyə Fələstin xalqının haqq işini dəstəkləməyə davam edəcək", - mesajda deyilir.
İqbal,
Musavat.com