İsrail İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə məsuliyyət daşıdığını ABŞ-a gizli şəkildə çatdırıb.
Musavat.com xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Qəzetin məlumatına görə, Haniyənin ölümündən dərhal sonra İsrail dövləti ABŞ rəhbərliyinə qətlə görə məsuliyyəti üzərinə götürdüyü bildirib.
Qəzetin qeyd etdiyi kimi, ABŞ rəsmiləri bu xəbəri “təəccüb və qəzəblə” qarşılayıblar. Onlar bunu Qəzza zolağında “atəşkəsin təmin edilməsinə yönəlmiş aylarla davam edən səylərin pozulması” kimi qiymətləndiriblər.
Musavat.com