Tehranda HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni öldürən raket xarici dövlətin ərazisindən buraxılıb.
Musavat.com xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı adı açıqlanmayan iranlı mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, mərmi İranın özündən deyil, başqa dövlətdən atılıb.
“Nournews” portalı HƏMAS Siyasi Bürosunun rəhbərinin təyyarədən atılan raketlə öldürüldüyünü yazıb.
“Fars” agentliyi isə qeyd edib ki, İsmayıl Haniyənin xüsusi iqamətgahının binasına zərbə yerli vaxtla saat 02:00-da həyata keçirilib.
İqbal,
Musavat.com