Hamburq vağzalında bıçaqlı hücum: azı 12 nəfər yaralandı

Almaniyanın Hamburq şəhərində yerləşən dəmiryolu vağzalında baş verən bıçaqlı hücum nəticəsində azı 12 nəfər xəsarət alıb. Bu barədə Almaniya mətbuatı, o cümlədən Bild nəşri məlumat yayıb.

Musavat.com xəbər verir ki, hadisə yerinə dərhal təcili yardım və polis qüvvələri cəlb olunub. Federal polis şübhəli şəxsi – qadını saxlayıb. Hazırda hücumun motivləri və təfərrüatları araşdırılır.

Polis hadisənin terrorla əlaqəsinin olub-olmadığını istisna etmir. Yaralananların bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir.

İctimai təhlükəsizliklə bağlı tədbirlər gücləndirilib, vağzal ərazisi müvəqqəti bağlanıb.

Musavat.com

23.05.2025 21:44
534