Haluk Bilginer "Mariya"ya görə Ancelina Coli ilə... - XƏYANƏT, infarkt... - DETALLAR

Türkiyəli aktyor Haluk Bilginer yunan əsilli amerikalı soprano Mariya Kallasın həyatından bəhs edən "Mariya" filmində Ancelina Coli ilə baş rolu ifa edəcək.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Bilginer filmdə yunan əsilli gəmi sahibi və iş adamı Aristotel Onassisi canlandıracaq.

Çəkilişlərinə bu ay Budapeştdə başlanılması planlaşdırılan filmin ssenarisini "Peaky Blinders" serialı ilə tanınan Stiven Nayt yazıb.

"Mariya" filmi Mariya Kallasın 1970-ci illərdə Parisdəki tənhalığının son günlərindən bəhs edir.

Nyu-Yorkda yaşayan yunan mühacir Kallas dövrünün ən məşhur sopranolarından biri olub və Aristotel Onassisin uzun müddət məşuqəsi olub.

Ceki Kennedinin ikinci əri Onassis onu tərk edərək Mariya ilə evləndikdən sonra Kallas əvvəlcə İtaliyaya, sonra isə Fransaya köçür.

Xəyanətdən sonra özünə gələ bilməyən Kallas 1977-ci ildə 52 yaşında infarktdan vəfat edir. Ssenariyə əsasən, Onassisin münasibətləri boyunca Kallasa qarşı kobudluq və zorakılıq etdiyi də filmdə xüsusi vurğulanacaq.

Aytən Novruz
Musavat.com

02.10.2023 11:40
1078