“Hakim partiya seçkini udarsa, müstəqil Gürcüstan daha mövcud olmayacaq”-Saakaşvili  


Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixeil Saakaşvili həbsxanadan AzadlıqRadiosunun gürcü xidmətinə müsahibəsində deyib ki, hakim partiya seçkini udarsa, müstəqil Gürcüstan daha mövcud olmayacaq.

2012-ci ildən hakimiyyətdə olan "Gürcü arzusu” xaricdən maliyyələşən QHT və medianın fəaliyyətini məhdudlaşdıran, eləcə də "LGBT propaqandası" əleyhinə qanunlar qəbul edib. Hakim partiya qalib gələrsə, bütün əsas müxalifət partiyalarını qadağan edəcəyinə söz verib.

Musavat.com xəbər verir ki, 56 yaşlı Saakaşvili müsahibəsində bildirib ki, Rusiya Gürcüstana qarşı "hibrid müharibə" aparır: "Onlar seçkini saxtalaşdıraraq hakimiyyətdə qalarlarsa, Gürcüstan daha müstəqil ölkə olmayacaq"

"12 ildir müqavimət bayrağı ətrafında birləşmişik, yeni nəsil gəlir, Gürcüstanda doğulan, Rusiyaya deyil, Avropaya yönələn nəsil",-Saakaşvili qeyd edib.

Keçmiş prezident Rusiyanın Ukraynada apardığı müharibə barədə isə bu fikirləri söyləyib:
"Avropa məğlubiyyətçiliyə, ABŞ isə izolyasionizmə qapılmayınca, Rusiyanın müharibədə məğlubiyyəti qaçılmazdır".

20.10.2024 11:32
420