Hakim partiya: Gürcüstan LGBT təbliğatı əleyhinə qanundan heç vaxt imtina etməyəcək

Gürcüstan LGBT təbliğatı əleyhinə qanundan heç vaxt imtina etməyəcək.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcü Arzusu Partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib.

"Biz "Xarici agentlər haqqında" qanunu geri çəkməyəcəyik. Gürcüstan hakimiyyəti LGBT təbliğatına qarşı qanundan heç vaxt imtina etməyəcək, hətta bu, Avropa İttifaqına inteqrasiyanı çətinləşdirsə belə”, - o vurğulayıb.

01.11.2024 14:25
155