Hakan Fidanla Ceyhun Bayramovun görüşündə diqqətçəkən məqam - VİDEO

Bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşüb.

Ceyhun Bayramovu qarşılayan Hakan Fidan salamlaşarkən:

“Evinizə xoş gəldiniz!” - deyib. Bu cür doğma qarşılanma hər kəsin diqqətini çəkib.

Nazirlər təkbətək görüşdən sonra birgə mətbuat konfransı veriblər.
 
31.07.2023 15:35
2098