Hakan Fidanla Ceyhun Bayramov Qarabağdakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramov və Hakan Fidan BMT Baş Assambleyası çərçivəsində danışıqlar aparıblar.

Musavat.com xəbər verir ki, Nyu-Yorkda keçirilən danışıqlar zamanı bir sıra məsələlər, o cümlədən Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyət müzakirə olunub.

Qeyd edək ki,  Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov bildirib ki, Qarabağ bölgəsində həyata keçirilən lokal antiterror əməliyyatlarında iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin mənəvi-psixoloji durumu yüksək səviyyədədir.

Onun sözlərinə görə, hərbi qulluqçular lazım olan hər şeylə təmin olunub.

Musavat.com

19.09.2023 19:46
424