Hakan Fidanla ABŞ-ın dövlət katibi arasında görüş keçirilir

Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-ın dövlət katibi Antoni Blinken arasında görüş başlayıb.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələləri, o cümlədən Yaxın Şərqdəki vəziyyəti müzakirə edirlər. Müzakirələrdən sonra onların birgə mətbuat konfransı keçirmələri gözlənilir.

Qeyd edək ki, A.Blinken Ankarada səfərdədir.

06.11.2023 11:48
461