Hakan Fidan Türkiyə-Ermənistan sərhədlərinin hansı halda açılacağından DANIŞDI

Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarının yekunlarına əsasən Ermənistanla sərhədlərin açılıb-açılmamasına qərar veriləcək.

Musavat.com-un xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan dekabrın 14-də Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

"Qeyd etdiyimiz kimi biz bu məsələ ilə əlaqədar Azərbaycana dəstək vermişik və verəcəyik", - o bildirib.

14.12.2023 15:49
1175