Türkiyənin xarici işlər naziri Hakan Fidan 2 iyun tarixində İstanbulda keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna danışıqları ilə bağlı mühüm açıqlama verib.
Musavat.com "Sputnik Türkiye"yə istinadən xəbər verir ki, nazir bu görüşlərin uğurla nəticələnməsi üçün beynəlxalq liderlərin iştirakı ilə daha geniş formatlı görüşün keçirilməsinin mümkünlüyünü istisna etməyib.
“Tramp, Putin və Zelenskinin bir araya gəlməsi ilə İstanbulda aparılan danışıqların taclanması mümkündür deyə düşünürük,” – deyə Hakan Fidan bildirib.
Türkiyə tərəfi daha əvvəl bu formatdakı görüşlərin təşəbbüskarı kimi çıxış etmiş, həm Rusiya, həm də Ukrayna ilə paralel diplomatik təmaslarını davam etdirmişdi. ABŞ prezidenti Donald Trampın adı bu prosesdə ilk dəfə rəsmi səviyyədə görüş formatına daxil edilir.
Qeyd edək ki, İstanbulda keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna danışıqları üçün artıq təhlükəsizlik müşavirləri və diplomatlar səviyyəsində hazırlıq aparılır. Türkiyə isə bu mərhələnin daha yüksək səviyyəyə daşınmasına çalışır.
Musavat.com