Türkiyə xarici işlər naziri Hakan Fidan yanvarın 28-31-də Albaniya, Bolqarıstan və Rumıniyaya rəsmi səfər edəcək.
Türkiyə Xarici İşlər Nazirliyi Fidanın rəsmi səfərləri ilə bağlı yazılı açıqlama verib.
Açıqlamada nazir Fidanın səfərlər çərçivəsində türkiyəli iş adamları və Türkiyə ictimaiyyətinin nümayəndələri ilə də görüşəcəyi qeyd edilib.//APA