Haitidə naməlum şəxslər kilsəni ziyarət edənləri oğurlayıb

Haitinin Port-o-Prens şəhərində Katolik kilsəsində olan azı 7 nəfər oğurlanıb.

Bu barədə yerli “Haiti Libre” xəbər portalı məlumat yayıb.

Cinayətkarlar içərisində ruhanilərində olduğu şəxslər üçün fidyə tələb edirlər.

Polis ərazidə fəaliyyət göstərən silahlı qrupun oğurluqda əli ola biləcəyindən şübhələnir.

Haitidə təhlükəsizlik və humanitar vəziyyət 2021-ci ildə prezident Jovenel Moizanın öldürülməsindən və həmin ilin avqustunda baş verən və 2200-dən çox insanın ölümünə səbəb olan zəlzələdən sonra pisləşib.\\“Report” 

25.02.2024 03:10
273