Müğənni Hadise “Uzak şehir”lə gündəm olan Mardinə istirahətə yollanıb.
Musavat.com xəbər verir ki, bu barədə sənətçi instaqramda paylaşım edib.
Hadise “Mardinli gözəl yarım”, - deyə qeyd edib.
“Mardinli gözəl yarım” mahnısı “Uzak şehir” serialı ilə populyarlıq qazanıb. Mahnı 1969-cu ildə Murat Kurşunun “Sen olmazsan” albomuna daxil olub.
“Uzak şehir”də isə Kaya obrazı Zerrin xarakterinə bu mahnını söyləyib. Bundan sonra “Mardinli gözəl yarım” sosial mediada viral olub.
Könül
Musavat.com