Hadisə Bakı konsertində görün nə istədi

Martın 1-də Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edən müğənni Hadisənin sözləri gündəm yaradıb.

Səhnəyə alqırmızı libasda çıxan 38 yaşlı ulduz ana olmaq arzusunda olduğunu dilə gətirib.

Onunla şəkil çəkdirmək üçün səhnəyə çıxan qız uşağını görəndə Hadisə bu etirafı edib.

"Allah mənə də qismət eləsin. Vallah uşaq istəyirəm".

Qeyd edək ki, bu yaxınlarda sənətçinin "Ayaydın" şirkətinin varisi, gənc biznesmen Mert Ayaydınla görüşdüyü məlum olub. Sevgilisinin Hadisədən 10 yaş kiçik olduğu deyilir. (Publika.az)

03.03.2024 18:46
1382