Hacıqabulda qatar qadını vuraraq ÖLDÜRDÜ

Hacıqabul sakinini qatar vuraraq öldürüb.

Məlumata görə, hadisə rayon ərazisindən keçən dəmiryol xəttində baş verib.

İlkin məlumata görə, dəmiryolu xəttini keçmək istəyən qadını qatar vurub. O hadisə yerində həyatını itirib.

Ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.//Report

18.04.2024 17:13
655