Hacıqabulda intihar baş verib.
APA xəbər verir ki, hadisə rayonunun Abdulabad kəndində qeydə alınıb.
Kənd sakini, 2006-cı il təvəllüdlü Jalə Zəfər qızı Əliyevanın asılmış meyiti aşkar edilib.
Onun nişanlı olduğu qeyd edilir.
Faktla bağlı Hacıqabul Rayon Prokuroluğunda cinayət işi açılıb, araşdırma aparılır.