Hacıqabulda minik maşını yük avtomobilinə çırpılıb

Hacıqabulda baş verən qəzada sürücü ağır xəsarət alıb

Hadisə Bakı-Qazax magistralının Hacıqabu rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şirvan sakini, 1990-cı il təvəllüdlü Qarayev Elvin Ələddin oğlu idarə etdiyi “Chevrolet” markalı avtomobili kiçik tutumlı yük avtomobilinə çırpıb.

Nəticədə minik avtomobilinin sürcüsü kəllə-beyin travması ilə Şirvan xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.\\APA

10.11.2024 03:02
322