Hacıqabulda avtomobilin vurduğu velosipedçi üç gün sonra ölüb

Hacıqabulda avtomobilin vurduğu velosipedçi üç gün sonra ölüb.

"Report" xəbər verir ki, sentyabrın 4-də Emil Süleymanov idarə etdiyi "VAZ 2107"markalı avtomobillə yolu velosipedlə keçən Mahir Hüseynovu vurub.

Velosipedçi aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, M.Hüseynov ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

09.09.2024 11:10
234