Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev həbs edilib.
Musavat.com xəbər verir ki, Xətai Rayon Məhkəməsinin qərarı ilə Hacı Vəliyev barəsində 22 sutka həbs qətiimkan tədbiri seçilib.
H. Vəliyevin dünən gecə saatlarında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı.
Qeyd edək ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
İ.Muradov
Musavat.com