"Kəskin miokard infarktı, səyrici aritmiyası olan xəstədən iltizamnamə almaq nə deməkdir?!Belə xəstəni necə evə buraxmaq olar?"
Musavat.com xəbər verir ki, bunu həkim-infeksionist Mərdan Əliyev ilahiyyaçı Hacı Şahinin vəfatı ilə bağlı öz sosial media hesabında bildirib.
Onun sözlərinə görə, xəstə təkid edibsə demək ki, həkim xəstəyə xəstəliyini düzgün izah edə bilməyib:" Nəticədə xalq bir rasional düşüncəli alimi, dəyərli ziyalını itirdi".
Afaq Mirayiq,
Musavat.com