“Haber Global”ın tanınmış aparıcısı Bakı səfərində nələr dedi? - VİDEO

“Beynəlxalq münasibətlərdə dostluq yox, maraqlar öndə dayanır. Türkiyə ilə Azərbaycan arasında isə xüsusi dostluq var”.

Bunu Musavat.com-a açıqlamasında “Haber Global”ın tanınmış aparıcısı Saynur Tezel bildirib.

O, Şuşa Bəyannaməsini xatırladaraq deyib ki, birliyimiz demək olar ki, hər sahədə özünü göstərir:

“Biz artıq iki millət, bir dövlətlə yanaşı, eyni zamanda bir orduyuq. Bu birliyin möhkəmlənməsi üçün medianın gücündən istifadə edilərsə, fövqəladə qüvvə meydana gələr. “Haber Global” buna nail olub. Bir çox kanallarda çalışmışam, amma bu kanalda çalışmaqdan çox məmnunam. Milli Mətbuat Günü münasibətilə hər birinizi təbrik edirəm. Bakıya dəvət üçün də təşkilatçılara təşəkkür edirəm”.

Saynur Tezel Türkiyənin dünya siyasətində artan rolundan, bu məsələdə medianın öhdəliklərindən də danışıb:

“Təəssüf ki, Azərbaycan mətbuatını diqqətlə izləyə bilmirəm. Medianın əhatəli çalışmasına ehtiyac var. Çətin və gözəl yola qədəm qoymuşuq. Çox çalışmalıyıq. Bir dəqiqədə 100 milyonlarla paylaşım edən nəsil yetişib. İstənilən informasiyanı qısa zamanda qəbul edirlər. Bu nəslin ağır zəhmət tələb edən jurnalistikaya yiyələnməsi çətin görünür. İnanıram ki, güclü hərbi jurnalistlər, redaktorlar, aparıcılar yetişəcək”.

jurnalist.jpeg (107 KB) 

Nigar HƏSƏNLİ,
Musavat.com

19.07.2023 17:27
1515