Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 24.09.2022 və 28.09.2022-ci il tarixlərində “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş ümumilikdə 815 mənzilin alqı-satqısı uğurla başa çatıb.
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyindən Musavat.com-a verilən məlumata görə 815 ailə Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində güzəştli mənzilə sahib olub.
Satışın nəticələri barədə statistik məlumatlarla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:
https://mida.gov.az/az/statistics/statistics_35
Musavat.com