Gürcüstanın yeni prezidentinin andiçmə mərasiminin tarixi açıqlandı

Gürcüstanın 6-cı Prezidenti Mixeil Kavelaşvilinin inaqurasiya mərasimi dekabrın 29-da parlament binasında baş tutacaq.

Məlumatı parlamentin mətbuat xidməti yayıb.

Xatırladaq ki, Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili və müxalif partiyalar yeni prezidentin legitimliyini tanımadıqlarını, andiçmədən sonra da Zurabişvilinin Prezident qalacağını bəyan ediblər. (APA)

25.12.2024 20:49
2892