Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini hakim "Gürcü Arzusu" partiyasının sədri İrakli Kobaxidze əvəz edə bilər.
Musavat.com APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın hakimiyyətə yaxın "İmedi" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, partiyanın yanvarın 24-də keçirilmiş siyasi şurasının iclasında İrakli Qaribaşvilinin partiyanın sədri, İrakli Kobaxidzenin isə Baş nazir təyin edilməsi qərara alınıb.
Sözügedən qərarın fevralın 1-də bəyan ediləcəyi bildirilib.