Gürcüstanın XİN rəhbəri istefa verib

Gürcüstan Baş nazirinin birinci müavini, xarici işlər naziri David Zalkaliani istefa verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Baş nazir İrakli Qaribaşvili hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib. O, D. Zalkalianinin Gürcüstanın ABŞ-a səfiri təyin edildiyini açıqlayıb.

04.04.2022 11:09
897