Gürcüstanın qızıl-valyuta ehtiyatları 1 milyard dollara yaxın azalıb

2024-cü ilin əvvəlindən oktabrın sonunadək Gürcüstanın beynəlxalq ehtiyatları 18,5 faiz və ya 924,7 milyon dollar azalıb.

Musavat.com Gürcüstan Mərkəzi Bankının statistikasına əsasən xəbər verir ki, oktyabrın 31-nə ehtiyatların həcmi 4 milyard 84,9 milyon dollar olub. Halbuki 2023-cü il dekabrın 31-nə göstərici 5 milyard 9,6 milyon dollar idi.

Oktyabr ayında ehtiyatlar üçüncü rübdə 2,9 faiz artdıqdan və birinci yarımillikdə 8,6 faiz azaldıqdan sonra 13,3 faiz və ya 627,5 milyon dollar azalıb.

Milli Bankın statistik məlumatlarına əsasən, ehtiyatların əvvəlki minimum dəyəri - 3,92 milyard dollar 2022-ci il iyunun 30-da formalaşıb. Beləliklə, oktyabrın sonunda ehtiyatlar son 28 ayda minimum dəyərinə çatıb.

Beynəlxalq ehtiyatların strukturunda xarici valyuta aktivləri ilin əvvəlindən 34,2 faiz (1,56 milyard dollar) azalaraq oktyabrın 31-nə (əvvəlki minimum 30 noyabr 2018-ci il tarixinə 2,89 milyard dollar) 2,99 milyard dollar təşkil edib. Bu vəsaitlər sentyabrda 4,2 faiz, oktyabrda 17,6 faiz (640,8 milyon dollar) azalıb.

Ehtiyatlardakı monetar qızılın dəyəri hesabat tarixinə martın sonu ilə müqayisədə 1,9 dəfə, o cümlədən oktyabrda 4 faiz artaraq 627,4 milyon dollar təşkil edib. Bu ilin mart ayında Gürcüstan Milli Bankı ilk dəfə olaraq 7 ton qızılı 500 milyon dollara alaraq ehtiyatlarına monetar qızıl daxil edib.
Oktyabrın 31-nə BVF-nin Xüsusi Borclanma Hüquqları (SDR) ehtiyatlarda 465,2 milyon dollara bərabər olub (ilin əvvəlindən 3 faiz artım).

Daha əvvəl bildirilmişdi ki, Milli Bank parlament seçkiləri öncəsi (oktyabrın 26-da keçirilib) larinin məzənnəsini saxlamaq üçün 213,4 milyon dollar olan valyuta müdaxiləsi həyata keçirib. İlin əvvəlindən tənzimləyici ümumilikdə larinin məzənnəsini saxlamaq üçün 382 milyon dollar satıb, 7 dəfə bazara valyuta müdaxiləsi ilə çıxıb.

Mayın sonunda BVF ölkə hakimiyyət orqanları ilə illik məsləhətləşmələri haqqında hesabatında Gürcüstanın beynəlxalq ehtiyatlarının “BVF-nin adekvatlıq həddindən aşağı” düşdüyünü bildirib.
2023-cü ildə Gürcüstanın beynəlxalq ehtiyatları 4 faiz artaraq 5 milyard dollara çatmışdı.

Musavat.com

08.11.2024 17:36
344