Gürcüstanın hakim partiyası Tbilisidə yekun seçki mitinqini keçirib

Hakim "Gürcü Arzusu" partiyası oktyabrın 26-na təyin edilmiş parlament seçkiləri ərəfəsində Tbilisinin Azadlıq meydanında minlərlə insanın iştirakı ilə mitinq keçirib.

"Report"un yerli bürosu xəbər verir ki, tədbir Gürcüstanın dövlət himninin səsləndirilməsi ilə açılıb.

“Gürcü Arzusu” liderləri Azadlıq meydanında quraşdırılmış səhnədən seçicilərə müraciət ediblər.

Tədbirlə əlaqədar Azadlıq meydanında və Rustaveli prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Təhlükəsizlik qaydalarına uyğun olaraq tədbir ərazisində çox sayda polis səfərbər olunub.

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. 12 ildir hakimiyyətdə olan hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası dördüncü dəfə qalib gəlməyə çalışacaq.

23.10.2024 22:37
507