Gürcüstanın hakim "Gürcü Arzusu" partiyası artıq qələbəsini bayram edir.
Musavat.com xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
Lakin müxalifət də öz qələbəsini qeyd edir və seçkilərdəki eksit-poll nəticələrinə əsaslanaraq, hakimiyyətə gələcəklərinə inanır.
Digər tərəfdən, hakimiyyətə yaxın olan “Imedi” telekanalı tərəfindən təqdim olunan məlumatlar "Gürcü Arzusu"nun hakimiyyətdə qalacağını göstərir.
İndi hamı Mərkəzi Seçki Komissiyasının rəsmi nəticələrini gözləyir.
@@TVmusavat/99493@@
Musavat.com