Almaniya 1945-ci ildən sonra Hitlerdən qurtulduğu kimi, Gürcüstan da eks-prezident Mixail Saakaşvilinin əsasını qoyduğu “Vahid Milli Hərəkat” partiyası ilə bağlı müxalifətdən qurtulmalıdır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu mövqeyi “İmedi” telekanalına müsahibəsində Gürcüstanın baş naziri İrakli Kobaxidze səsləndirib.
“Əgər Hitlerin partiyası 1945-ci ildən sonra Almaniya siyasətində qalsaydı, o da təxminən 15-20% səs alacaqdı. Beləliklə, almanlar bir vaxtlar bu bəladan asanlıqla və sərt şəkildə xilas olduqları kimi, biz də ölkəmizi kollektiv milli hərəkatdan xilas etməliyik”, - deyə hökumət başçısı bildirib.
Onun sözlərinə görə, Saakaşvilinin partiyası hakimiyyətə qayıdarsa, Gürcüstanın Avropa perspektivləri yox olacaq.
Musavat.com