Gürcüstanın Baş naziri: Heç bir təxribat seçkilərin nəticələrinə təsir edə bilməz

Heç bir təxribat seçkilərin nəticələrinə təsir edə bilməz.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə planlaşdırılan təxribatlarla bağlı Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatını şərh edərkən deyib.

“Söhbət ölkəmizə xeyir arzulamayan siyasi qüvvələrdən gedir. Bu qüvvələr həm ölkə daxilində, həm də xaricdə fəaliyyət göstərir – “radikal müxalifət” və onların xarici himayədarları. Düşünürəm ki, belə hərəkətlər seçkilərin nəticələrinə heç bir təsir göstərməyəcək. Yaxşıdır ki, dövlət qurumlarımız və Dövlət Təhlükəsizlik Xidməti ayıq-sayıqdır”, – deyə İrakli Kobaxidze bildirib.

16.10.2024 11:07
218