Gürcüstanda xüsusi təyinatlılar etirazçılara müdaxilə etməyə başlayıb - VİDEO

Tiflisdə parlament binasının yerləşdiyi Rustaveli prospektində gərginlik davam edir.

Musavat.com xəbər verir ki, hazırda polis parlament binasını tam nəzarətdə saxlayır, etirazçılar binanın ətrafından tam çıxarılıblar.

Əraziyə çox sayda polis xüsusi təyinatlıları və su şırnağı maşınları cəlb edilib. Etirazçılar hökumət əleyhinə, həmçinin qanun layihəsi əleyhinə müxtəlif şüarlar səsləndirirlər.

Xüsusi təyinatlılar etirazçılara müdaxilə etməyə başlayıb.

Aksiyadan son görüntüləri təqdim edirik:

Musavat.com

14.05.2024 17:51
767