Gürcüstanda üçlü görüş: Tiflis və Bakının İrəvana birgə həmləsinin vaxtı çatıb

Aprelin 17-də Tiflisdə Azərbaycan, Ermənistan və Gürcüstan xarici işlər nazirlərinin müavinləri görüşüb. Xəbər verildiyi kimi, danışıqlar zamanı tərəflər regional əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Danışıqlarda Azərbaycanı xarici işlər nazirinin müavini Elnur Məmmədov təmsil edib. Yekunda iştirakçılar görüşün konstruktiv atmosferdə keçdiyini və region ölkələri arasında dialoqun daha da dərinləşdirilməsi və etimadın möhkəmləndirilməsi üçün əsas ola biləcəyini qeyd ediblər.

Bəs görüş niyə nazirlər yox, müavinlər səviyyəsində keçirilib?

Bundan əvvəl Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bəyan etmişdi ki, Azərbaycan və Ermənistan regionda sülh və sabitliyin təşviqində Gürcüstana arxalana bilər. O əmin etmişdi ki, Tiflis regionda dialoq və əməkdaşlığa kömək etmək üçün bütün mümkün vasitələrlə təmin olunacaq. Bura, təbii ki, görüşlər üçün ev sahibliyi də daxildir.

Ancaq bundansa, daha yaxşı olmazmı ki, rəsmi Tiflis öz potensialından istifadə edərək, Bakının iki legitim şərti ilə bağlı İrəvana təsir göstərmək üçün hərəkətə keçsin? Bunun zamanı çatmadımı? Axı Azərbaycanın mövqeyinin haqlı olduğunu Gürcüstan rəsmiləri də bilirlər.

Paralel surətdə Ermənistan və onun əhalisi də görərdi ki, sülh məsələsində o, təklənmiş və haqsız durumdadır. Unutmayaq ki, Ermənistanın xarici aləmə, Avropaya yeganə çıxış yolu Gürcüstan vasitəsi ilədir. Yəni qərb qonşumuzun sülhü yaxınlaşdırmaq naminə kapitulyant ölkəyə təsir imkanı heç də az deyil...

“Cənubi Qafqaz regionunun inkişafına hədəflənmiş istənilən görüş, danışıq və müzakirələr ümumilikdə müsbət qiymətləndirilməlidir. Çünki son nəticədə bu bizim regiondur və deməli, birlikdə Cənubi Qafqazın sülh, sabitlik içərisində inkişafı üçün addımlar atmalıyıq”. Bu fikirləri “Yeni Müsavat”a Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İskəndərov deyib.

Vuqar-isgender-.jpg (281 KB)

Deputat əlavə edib ki, aprelin 17-də Tiflisdə Azərbaycan, Ermənistan və Gürcüstan xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüşü də bu baxımdan müsbət qiymətləndirmək olar: “Lakin burada diqqət etməli olduğumuz bir məqam var - söhbət Ermənistanın bu cür görüşlərdə nə qədər səmimi olmasından gedir. Məsələ burasındadır ki, Ermənistan ötən beş il ərzində Azərbaycanla sülh sazişini imzalamaqdan yayınıb. Hər dəfə çeşidli bəhanələr və sərhəddə törədilən təxribatlarla sülh sazişinin imzalanmasına süni əngəllər yaradıb. Halbuki bu sazişin imzalanması eyni zamanda həm regiona, həm də elə Ermənistanın özünə də iqtisadi inkişaf vəd edir”.

Deputat bu görüşə ev sahibliyi edən Gürcüstanın isə Ermənistana daha çox təsir etmək imkanının olduğunu da əlavə edib: “Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bir müddət öncə bəyan etmişdi ki, Azərbaycan və Ermənistan regionda sülh və sabitliyin təşviqində Gürcüstana arxalana bilər. O əmin etmişdi ki, Tiflis regionda dialoq və əməkdaşlığa kömək etmək üçün bütün mümkün vasitələrlə təmin olunacaq. Bura təbii ki, görüşlər üçün ev sahibliyi də daxildir. Məhz bu məqamdan çıxış edərək düşünürəm ki, Tiflis indiki məqamda öz gücünü daha çox Ermənistanı haqqa gətirməyə sərf etsə daha doğru olar. Çünki bunun üçün Gürcüstanın əlində kifayət qədər imkanlar var. Məsələ burasındadır ki, Ermənistanın xarici aləmə, Avropaya yeganə çıxış yolu Gürcüstan vasitəsilədir. Deməli, Azərbaycan tərəfinin haqlı mövqeyi ilə yaxından məlumatlı olan rəsmi Tiflis öz potensialından istifadə edərək, Bakının iki legitim şərti ilə bağlı İrəvana təsir göstərmək üçün hərəkətə keçə bilər”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu sülh sazişinin imzalanması məkanı kimi Tiflisin seçilə biləcəyini mümkünsüz saymır: “Gürcüstan rəsmilərinin son zamanlar həm Bakıya, həm də İrəvana səfərlərinin sayı artıb. Gürcüstan həm Azərbaycanın, həm də Ermənistanın strateji tərəfdaşıdır. Azərbaycanın dünya bazarlarına daşıdığı neft və qazın əsas hissəsi Gürcüstandan keçir, iki ölkə ”Orta dəhlizin" tərkib hissəsidir. Azərbaycan və Mərkəzi Asiyanın Xəzər dənizi üzərindən Avropaya nəql edəcəyi yaşıl enerji də Gürcüstandan keçəcək. Azərbaycan və Türkiyə ilə sərhədi bağlı olan Ermənistanın da Rusiya və Qara dənizə çıxışı Gürcüstan üzərindən həyata keçirilir. Bu səbəbdən Gürcüstan həm Azərbaycan, həm də Ermənistanla strateji əlaqələri qorumağa müvəffəq olub. Gürcüstan Cənubi Qafqazda sülh və 3 dövlət arasında əməkdaşlıqda maraqlıdır. Bu Prezident İlham Əliyevin bir neçə il əvvəl Tiflisdə səsləndirdiyi “Cənubi Qafqaz evi” konsepsiyasına da uyğundur. İlham Əliyevin sözlərinə görə, Gürcüstan Azərbaycanla Ermənistan arasında dialoqu genişlədirmək üçün təkliflər irəli sürüb. Rəsmi Bakı bunun əleyhinə deyil. Bu baxımdan Azərbaycan, Ermənistan və Gürcüstan xarici işlər nazirlərinin müavinlərinin aprelin 17-də Tiflisdəki üçtərəfli müzakirəsini müsbət qiymətləndirmək olar. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından sonra bölgədə formalaşacaq əməkdaşlığın imkanlarının indidən müzakirəsinə ehtiyac var. Fikrimcə, gələcək sülh sazişinin Gürcüstanın paytaxtı Tiflisdə imzalanması ehtimalı da yüksəkdir".

İlahiyyatçıdan başına Quran qoyanlara sərt təpki: "Allah insafsız məmur  deyil ki, balasının canına..." - Turkustan.az

 Tural İrfan

Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan “Sherg.az”a açıqlamasında deyib ki, Ermənistan-Azərbaycan arasında münasibətlərin inkişafı və danışıqların təşkil olunması reallaşmaqda olan sülh müqaviləsinə gətirib çıxaran müsbət haldır. Ekspert bildirib ki, Gürcüstanın müxtəlif vaxtlarda üçlü münasibətlər təşəbbüsü birgə görüləcək işlər, ortaq layihələrin həyata keçirilməsi sarıdan zəruri addımdır: “Azərbaycan-Gürcüstan-Ermənistan üçlü platformasının formalaşması region üçün də önəm kəsb edir. Bu həm sülh və sabitliyin daimi olmasını, həm də iqtisadi-ticari əlaqələrin inkişafını təmin edər. İndiyə qədər Ermənistan və Azərbaycan arasındakı keçmiş münaqişə və Qarabağ problemi ətrafında yaranmış gərgin mühit bir çox əlaqələrə, münasibətlərə, iqtisadi, ticari fəaliyyətə, kommunikasiya sisteminin işləməsinə mane olurdu. Şübhəsiz, Azərbaycanın səyi nəticəsində bu problemin aradan qalxması və siyasi masadakı nailiyyətləri sayəsində artıq sülh mərhələsinə gəlib çatmağımız sözügedən münasibətlərin, əlaqələrin reallaşmasına zəmin yaradıb. Odur ki, Qafqazın bu üç ölkəsi birgə ortaq layihələr həyata keçirə, üçlü platformada ölkələrimizin inkişafı üçün kifayət qədər müsbət addımlar ata bilər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

19.04.2025 09:45
464