Gürcüstanda vəziyyət gərgin olaraq qalır.
Musavat.com xəbər verir ki, Tiflisdə xarici agentlər haqqında qanuna qarşı növbəti yürüş keçirilir.
Minlərlə insan küçələrə çıxıb və artıq etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar başlayıb. Camaat ölkə parlamentinə gedir.
Qeyd edək ki, deputatlar “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqlədikdən sonra Gürcüstanda aprelin ortalarından kütləvi etirazlar keçirilir.