GÜRCÜSTANDA SEÇKİLƏR: “Exit poll” nəticələri açıqlandı

Gürcüstanın hakimiyyətə yaxın olan “İmedi” telekanalının təqdim etdiyi eksit-poll nəticələrinə görə, "Gürcü Arzusu" partiyası 56,1% səs toplayıb.

Musavat.com xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

Qeyd olunub ki, "Dəyişikliklər Koalisiyası" 12,6%, "Vahid Milli Hərəkat" 11,6%, "Güclü Gürcüstan" isə 7% səs alıb.

Bu nəticələr GORBI şirkəti tərəfindən “İmedi” telekanalı üçün keçirilmiş eksit-pollun məlumatlarıdır.

Qeyd edək ki, eksit-pollar seçki məntəqələrindən çıxan seçicilər arasında aparılan sorğuların nəticələridir. Onlar hüquqi qüvvəyə malik deyil və yalnız seçkilərin ümumi tendensiyasını əks etdirir.

Musavat.com

26.10.2024 20:05
3805