Gürcüstanda öldürülən 14 yaşlı azərbaycanlı qızın "həyat yoldaşı"nın ittihamı ağırlaşdırılıb

Gürcüstanın Saqareco rayonunun Ləmbəli kəndində 14 yaşlı Aytac Şahmarovanı qətlə yetirmiş "həyat yoldaşı" Alim Sadiqovun ittihamı ağırlaşdırılıb.

Musavat.com apa-ya istinadən xəbər verir ki, məlumatı Gürcüstanın Baş Prokurorluğu yayıb. Bildirilib ki, Alim Sadiqova qarşı Gürcüstan Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayan şəxsə təcavüzü nəzərdə tutan maddəsi ilə ittiham irəli sürülüb.

Qurumun məlumatında bildirilib ki, Gürcüstan DİN-in apardığı araşdırmalar nəticəsində təqsirləndirilən şəxsin 2023-cü ilin yayında Aytac Şahmarovanı azadlıqdan qanunsuz məhrum edərək (qaçıraraq) yaşadığı kəndə gətirdiyini müəyyən edib. Qeyd olunub ki, Aytac Şahmarova qaça bilib, lakin ailə üzvləri onu geri göndəriblər. Qeyd olunub ki, qanunsuz evlilik zamanı Alim Sadiqov zərərçəkmişin köməksizliyindən istifadə edərək ona cinsi təcavüz edib.

Xatırladaq ki, qətl bu il oktyabrın 5-də baş verib. İşlə əlaqədar Alim Sadiqovla yanaşı Aytac Şahmarovanın anası və dayısı, həmçinin Alim Sadiqovun əmisi və əmisi oğlu həbs edilib, Aytac Şahmarovanın atası isə zərərçəşmişin varisi tanınıb. Alim Sadiqov cinayəti törətdiyini etiraf edib.

27.11.2023 19:24
833