Gürcüstanda müsəlmanlara qarşı zorakılıq edilib: Dövlət rəsmiləri hərəkətə keçiblər - VİDEO

Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindəki Adıgeni kəndində xristian dini icmasının bəzi nümayəndələri müsəlmanlara qarşı zorakılıq tətbiq ediblər, müsəlmanların namaz qılmasına mane olublar. Bu isə ölkənin rəsmi qurumlarını hərəkətə gətirib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ilə bağlı ilk olaraq Gürcüstan Müsəlmanları İdarəsi bəyanat yayıb.

Bəyanatda deyilir ki, dini etiqad azadlığı Gürcüstan Konstitusiyası ilə qorunur. Buna uyğun olaraq, hər bir vətəndaş Konstitusiyaya və bir-birinin, müxtəlif millətlərin və dinlərin nümayəndələrinin dəyərlərinə hörmətlə yanaşmalıdırlar.

Ətraflı süjetdə:

11.03.2024 01:14
3145