Gürcüstanda bu gündən vətəndaşların müəyyən qruplarına koronavirus əleyhinə peyvəndin 4-cü dozasının vurulmasına icazə verilib.
“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı ölkənin səhiyyə nazirinin əmri qüvvəyə minib.
COVID-19-a qarşı ikinci buster dozanı 50 yaş və daha yuxarı, həkim göstərişi əsasında 12-17 yaş qrupuna daxil olan, xəstəliyi təsdiqləyən arayış əsasında 18-49 yaş qrupuna aid şəxslər qəbul edə biləcəklər.
Dördüncü doza tibb müəssisələrində çalışan tibbi heyət üçün də nəzərdə tutulub. 18-49 yaş qrupuna daxil olan şəxslər xaricə səfərlər zamanı da ikinci buster dozanı vurdura bilərlər.
İkinci buster doza birinci buster dozanın vurulmasından ən azı dörd ay sonra qəbul edilməlidir. Bu doza üçün eyni və yaxud digər peyvənd istifadə edilə bilər.