Gürcüstandakı erməni diasporunun Qarabağda özünü buraxmış qondarma quruma dəstək aksiyası baş tutmayıb.
Belə ki, təşkilatçıların Avropa İttifaqının Tbilisidəki nümayəndəliyinin qarşısında aksiya çağırışına yerli erməni icması reaksiya verməyib. Nəticədə nümayəndəliyin qarşısına yalnız təşkilatçılar toplanıblar.
10-15 nəfər aksiyaçı separatçı şüarlar səsləndirdikdən sonra ərazini tərk ediblər. Aksiya zamanı hər hansı insident qeydə alınmayıb.
Ətraflı Baku TV-nin süjetində: